18.10.2024, 09:45
AZ EN
13.12.2023, 08:36 280

İşğaldan azad olunan ərazilərdə 1 037 ailənin daimi məskunlaşması təmin edilib

XƏBƏRLƏR
  • İndiyədək işğaldan azad olunan ərazilərdə 1037 ailənin 4124 nəfərin daimi məskunlaşması təmin edilib.

Bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Departasiya Departamentinin direktor müavini Qasımov Tural jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərə ilk növbədə respublikanın müxtəlif bölgələrində yerləşən yataqxana, pansionat, uşaq bağçaları, inzibati binalar və yaşayış şəraiti ağır olan keçmiş məcburi köçkün ailələrin köçürülməsi həyata keçirilir.

Köçürüləcək ailələrə bir gün öncədən komitə tərəfindən əşyaların yığılması üçün yük avtomobilləri ayrılır. Həmin yük avtomobilləri Qobu Park yaşayış kompleksində toplanır. Köçürüləcək ailələrə ayrılan mikroavtobuslarla birlikdə vahid formada köç karvanı vasitəsi ilə işğaldan azad olunmuş ərazilərə yola salınır.

Xatırladaq ki, indiyədək Füzuli şəhərinə 358 ailənin, yəni 1298 nəfərin daimi məskunlaşması təmin edilib. (Trend)

Oxşar xəbərlər