Video-fləşmob azad edilmiş ərazilərdə məşğulluq imkanlarını və bərpa-quruculuq işlərində vətəndaşların fəal iştirakını nümayiş etdirmək məqsədi daşıyır. Çəkilişlər Qarabağ və Şərqi Zəngəzurun müxtəlif bölgələrində – hazırda həyatın bərpa olunduğu kənd və şəhərlərdə aparılıb.
Fləşmobda işğaldan azad edilmiş ərazilərdə müxtəlif sahələrdə çalışan vətəndaşlar iştirak ediblər. Onlar öz iş yerlərindən səsləndirdikləri qısa və təsirli sloqanlarla həm gördükləri işin mahiyyətini izah edib, həm də doğma yurduna qayıtmağa hazırlaşan soydaşlarımıza həmrəylik mesajı ünvanlayıblar.