İnfotur Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə keçirilib. İnfoturun iştirakçısı olan videoqraflara Prezident İlham Əliyevin tapşırığı ilə Xocalıda aparılan bərpa-quruculuq işləri, Böyük Qayıdışa dair I Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrası barədə məlumat verilib. Bildirilib ki, indiyədək Xocalıda 46 ailənin (179 nəfərin) məskunlaşması təmin edilib. İnfotur iştirakçıları Xocalı şəhərində yeni salınan yaşayış məhəlləsində Böyük Qayıdış prosesi çərçivəsində doğma yurda qayıdan məcburi köçkün ailələri ilə görüşüb, sakinlərin fikir və rəylərini öyrənib, video çəkilişlər aparıblar. Sonda iştirakçılar səfərin məhsuldar və faydalı olduğunu qeyd ediblər. Böyük Qayıdışa dair Dövlət Proqramının Tədbirlər Planı çərçivəsində işğaldan azad edilmiş ərazilərə infoturlar davam etdiriləcəkdir.