19.05.2024, 06:36
AZ EN
20.01.2022, 14:07 143

Təbrik edirik!

XƏBƏRLƏR

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 yanvar 2022-ci il tarixli Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Şükür oğlu Rzayev “Şöhrət” ordeni ilə təltif edilib.

Rövşən Rzayev 1962-ci ildə Bakı şəhərində anadan olub. 1986-cı ildə Bakı Dövlət Universitetinin tarix və 1993-cü ildə hüquq fakültələrini bitirib. 1982-ci ildən ədliyyə sistemində müxtəlif vəzifələrdə çalışıb.

101 saylı Xanlar-Daşkəsən seçki dairəsi üzrə III, IV, V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub, uzun müddət parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədrinin müavini vəzifəsində çalışıb.

Parlament fəaliyyəti dövründə qanun yaradıcılığı prosesində fəal iştirak edib. Milli Məclisin AvroNEST Parlament Assambleyasında və Avropa Şurasının Parlament Assambleyasında nümayəndə heyətlərinin üzvü olub.

Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri olduğu dövrdə iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsində fəal iştirak edib.

“Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyi İdarə Heyətinin üzvü olub.

21 aprel 2018-ci ildən Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədridir.

Rövşən müəllimi 60 illik yubileyi və yüksək dövlət təltifinə layiq görülməsi münasibətilə təbrik edir, ona şəxsi həyatında və xidməti vəzifələrinin icrasında uğurlar arzulayırıq!

Oxşar xəbərlər