Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planına əsasən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən məlumatlandırma, təbliğat-izahat və təşviqat fəaliyyətləri davam etdirilir. Bu məqsədlə tanınmış ziyalıların, sənət adamlarının və gənclərin iştirakı ilə videoçarxlar hazırlanır. Xalq artisti Afaq Bəşirqızı ilə müsahibə əsasında hazırlanan növbəti videoçarxı təqdim edirik.