Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində hazırlanmış, Xocalı şəhərinin gecə və gündüz görüntülərinin əks olunduğu videoçarxı şərhsiz təqdim edir. Xatırladaq ki, Xocalı şəhəri, dövlət başçısının tapşırığı əsasında, yenidən tikilib və zəruri infrastrukturla təchiz olunub. Bu günədək Xocalı şəhərində 44 ailənin (169 nəfər) daimi məskunlaşması təmin edilib.