08.09.2024, 07:18
AZ EN
08.05.2024, 17:22 180

“Şuşa qalası” broşürlar seriyası çap olunub

XƏBƏRLƏR
  • Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planına uyğun olaraq, məlumatlandırma, təbliğat-izahat və təşviqat işlərinin icrası çərçivəsində “Şuşa qalası” broşürlar seriyasını Azərbaycan və ingilis dillərində nəşr etdirib.

Tanınmış tədqiqatçı, yazıçı-jurnalist Vasif Quliyevin müəllifliyi ilə hazırlanmış broşürlar Şuşanın tarixinə və maddi-mənəvi dəyərlərinə həsr olunub. Seriyaya hər birinin öz mövzusu olan 10 adda broşür daxildir. Bunlar “Şəhərin yaranması” (“Foundation of the city”), “Məhəllələr və küçələr” (“Neighborhoods and streets”), “Toponimlər” ((“Toponyms”), “Tarixi-memarlıq abidələri” (“Historical and architectural monuments”), “Flora və fauna” (“Flora and fauna”), “Müqəddəs məkanlar” (Holy places”), “Karvansaralar, hamamlar, bazarlar” (“Caravanserais, bathhouses, bazaars”), “Sənətkarlıq” (“Craftsmanship”), “Ticarət” (“Trade”) və “Bulaqlar” (“Springs”) adlı broşürlardır.

Broşürların ilk səhifələrində Ulu Öndər Heydər Əliyevin və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşa haqqında söylədikləri fikirlər, Şuşa qalasının qurucusu Pənahəli xan Cavanşirin şəkli və onun haqqında, həmçinin Qarabağ xanlığı ilə Rusiya hökuməti arasında bağlanmış Kürəkçay müqaviləsi, ermənilərin İrandan və Türkiyədən Azərbaycana köçürülməsi barədə qısa məlumatlar verilib.

Hər bir broşür həsr edildiyi mövzuya dair əsas tarixi faktlar əsasında, bədii-publisitik üslubda yazılıb və mətn çoxsaylı fotoşəkillərlə müşayiət olunur. “Şuşa qalası” seriyasından müxtəlif mövzularda broşürların nəşrinin davam etdirilməsi nəzərdə tutulur.

Oxşar xəbərlər