21.11.2024, 20:38
AZ EN
23.11.2023, 15:07 285

Dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsini həyata keçirən şəxslər üçün təlim keçirilib

XƏBƏRLƏR
  • Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsini həyata keçirən şəxslər üçün təlim keçirilib. Təlimin keçirilməsində məqsəd mövcud qaydanın tətbiqi məsələləri barədə məlumatlılığın artırılması olub.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Hüquq və kadrlar şöbəsinin kadrlar sektorunun müdiri Həbib Hüseynov təlim iştirakçılarına Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydası”nın əsas müddəaları, xidməti fəaliyyət, qiymətləndirilmə forması, qiymətləndirilmə dövrü, qiymətləndirilmənin həyata keçirilməsi forması və nəticəsinə əsasən tətbiq edilən tədbirlər, meyarlar, əmək intizamı haqqında ətraflı məlumat verib.

Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə  Azərbaycanda səmərəli dövlət idarəçiliyi sistemi qurulub, dövlət qulluğunun kadr potensialı formalaşdırılıb və inkişafının təmin edilməsi daim diqqət mərkəzində saxlanılır.

Təlim Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 23 noyabr tarixli 739 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2015-ci illər üçün Strategiya” çərçivəsində keçirilib. Təlimə komitənin 20-dən çox əməkdaşı cəlb olunub.

Maarifləndirici tədbir sual-cavab və müzakirələrlə  yekunlaşıb.

Oxşar xəbərlər