21.11.2024, 23:16
AZ EN
19.03.2023, 09:30 165

Qərbi Azərbaycan, Hacı Novruzəli bəy məscidi

QƏRBİ AZƏRBAYCAN

Qərbi Azərbaycan dediyimiz dədə-baba torpaqlarımızda milyon illərlə ölçülən milyonlarla tarixi, milli-mənəvi abidələrimiz vardır. Lakin əfsuslar olsun ki, onların əksəriyyəti erməni daşnakları tərəfindən dağıdılıb, məhv edilmişdir. Belə talesiz abidələrimizdən biri də Hacı Novruzəli bəy məscididir. İrəvan şəhərindəki Hacı Novruzəli bəy məscidi XVIII əsrin 2-ci yarısında Qara Seyid adlı şəxs tərəfindən tikilmişdir. Məscid Hacı Novruzəli məhəlləsində (dəmir yolu vağzalı) yerləşdiyindən məhəllənin adı ilə Hacı Novruzəli bəy məscidi adlandırılmışdır. Bu məhəllədə XX əsrin əvvəllərinə qədər 1 nəfər də olsun erməni yaşamamışdır. Hacı Novruzəli bəy məscidini Qara Seyidin nəvəsi tikdirmişdir. Tək minarəli bu məscid XX yüzilin 30-cu illərində erməni vandalları tərəfindən məhv edilmişdir.

İsa Musayev

Oxşar xəbərlər