Dərələyəz mahalının Keşişkənd (Yeğeqnadzor) rayonu ərazisində inşa edilmiş Səlim Karvansarası Ələyəz dağının Səlim aşırımında, 2410 metr yüksəklikdə Ağkənd (Ağcanadzor) kəndinin yaxınlığındadır. Aşırımın adı ilə Səlim karvansarası, el arasında isə Şah Abbas Karvansarası adlandırılmışdır. Yonulmuş bazalt daşlarından tikilmiş karvansara iki binadan ibarət olub. Karvansaranın giriş qapısının üst hissəsində yarımdairə şəklində eni 2 metr, orta hündürlüyü 1 metr olan ərəb əlifbası ilə yazılan kitabədən məlum olur ki, karvansara Əbu Səid Xan Bahadur (Çingiz xanın varislərindən olub, 1316-1335-ci illərdə Elxani dövlətinin başçısı) tərəfindən 1328-1329-cu illərdə tikilmişdir. Ermənilər bu abidənin "erməni knyazı" Çesare Orbelyan dövründə inşa edildiyini iddia edərək, onu erməni abidəsi kimi qələmə vermək istəyirlər.
İsa MUSAYEV