Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə "Baku TV"də "Ermənistan Prezidentinin saxta Bəyrabad qərarı" adlı süjet hazırlanıb.
Süjetdə erməni saxtakarlığına, addəyişmə terroruna məruz qalan Bəykənd və Bəyrabad toponimləri haqqında söz açılıb.
Bildirilib ki, türk-oğuz məkanlarına erməni köçünün başlaması, Azərbaycan ərazilərinə hayların süni şəkildə yerləşdirilməsi, əsasən Türkmənçay müqaviləsindən (1828-ci il) sonra daha geniş vüsət alıb: "Məhz bunun nəticəsində yüzlərlə tarix, mədəniyyət, dini abidələr dağıdılıb, mənimsənilib və yadlaşdırılıb".
Bəykənd Şörəyel mahalının Ərtik, sonralar Artik adlandırılan rayonda kənd adıdır. 1920-ci ildə adı dəyişdirilib Pokr Parni, 1969-cu ildə isə Anuşavan qoyulub.
Bəyrabad Göyçə mahalının Çəmbərək, sonra Krasnoselo adlandırılan rayonda kənd adıdır. Ərazisi 1897-ci ilə kimi Gölkəndin tabeliyində olub. 1919-cu ildə azərbaycanlılar deportasiyaya məruz qalıblar. 1920-ci ildə sağ qalan kənd sakinləri doğma ocağlarına dönüblər. 1988-ci ildə azərbaycanlılar yenidən tarixi-etnik torpaqlarından qovulublar. 1991-ci ildə adı dəyişdirilib Barenat qoyulub.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır. (Report)
Daha ətraflı linkdə: https://www.youtube.com/watch?v=7mNoP-tkq2s&t=1s