Ellər qəsəbəsindən bir neçə km cənubda, Zak kəndi yaxınlığında monastır-kənd. Bu qədim monastır - kənddə ancaq Azərbaycan türkləri yaşamışdır. "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə (1590) İrəvan nahiyəsində Zakevəng kəndinin də adı çəkilir. İ.Şopen (1832) Qırxbulaq mahalının Zak kəndindən bəhs edərkən o, bu kənddə vaxtilə Zakevəng adlı monastırın da yerləşdiyini yazır. Bu monastır Qərbi Azərbaycan ərazisində qədimdən məskunlaşmış Sak türklərinin adını daşıyır.
İsa Musayev