Qərbi Azərbaycanın Loru mahalının Barana (Noyemberyan) rayonunun qədimdən Türk-Oğuz boylarının ana yurdu olan, 1948-ci ildən sonra ermənilərin məskunlaşdığı Ləmbəli (Debedaşen) kəndində Tona (Debed) çayı üstündə olan Ləmbəli körpüləri son dövrlərə qədər qalırdı. Ləmbəli kəndi ilə Sadaxlı kəndini birləşdirən üç qədim körpü aran Borçalısı ilə dağ Borçalısını birləşdirməklə tarixi İpək Yolunun üstündə yerləşirdi. XVI-XVIII əsrlərdə inşa edilən bu körpülər XIX əsrdə Rusiya-İran müharibələri zamanı dağıdılmışdır.
İsa Musayev