Başkənd məbədi Dərələyəz mahalının Keşişkənd (Yeğeqnadzor) rayonunun Başkənd (Vernaşen) kəndindən 7 km şimalda inşa edilmiş alban-türk xristian məbədidir. Bu günbəzli məbəd ağ şümşad daşlarla hörülmüşdür. XIX yüzilliyin sonlarında burada olan ingilis səyyahı A.Berje yazır ki, "çoxlu bəzəklərə malik" bu məbəd yerli müsəlmanlar tərəfindən Gülvəng adlandırılır. Məbədin divarlarında Azərbaycan tarixinin XIII-XIV əsrlərinə aid dəyərli yazılar, təsvirlər vardır. Qədimdən Türk-Oğuz boylarının ana yurdu olan Başkənd kəndinə ilk ermənilər 1828-1829-cu illərdə İrandan köçürülüb gətirilmişdir.
İsa Musayev