21.11.2024, 23:56
AZ EN
13.06.2023, 17:55 265

Üçkilsə rayonu, Göy Mələkləri məbədi

QƏRBİ AZƏRBAYCAN

Qərbi Azərbaycanın Üçkilsə rayonunun ərazisində İrəvan-Üçkilsə yolunun 18-ci kilometrliyində yerləşən Göy Mələkləri məbədi VII əsrin II yarısında katolikos III Nerses tərəfindən inşa etdirilmişdir. Alban tarixçisi Moisey Kalankatlı məbədin hələ tamamlanmamasına rəğmən artıq 653-cü ildən ibadətə açılmasını bildirir. 653-659-cu illərdə Nerses Dvində olduğundan, inşaat işlərinə Anastas Akarratsi rəhbərlik etmişdir. X əsrdə bina uçaraq dağılmış, bir daha bərpa olunmamışdır. Binanın memarlıq quruluşu mürəkkəb struktura malik olub üç yaruslu olmuşdur. Məbədin mozaik tərtibatlı interyeri və tetrakonxları inşa zamanı yunan memarlığından təsirlənmələri sübut edir. Abidə 2000-ci ildə Üçkilsə abidələri ilə birgə UNESKO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir.

İsa Musayev

Oxşar xəbərlər