Uluxanlıda Seyid nəslinin məlum olan ən qədim numayəndəsi Mir Bağır Ağa, onun törəmələri isə Mir Yəhya, Mir Murtuza, Mir Mehdi Mir Bağır olublar. Bu nüfuzlu ocağın əsas nümayəndələri 1915-1920-ci illərdə milli münaqişələr zamanı ermənilər tərəfindən öldürülmüşdür. Onların övladları Mir Abbas, Mir İsmayıl, Mir Kərim, Mir Ağa, Mir Hüseyn, Nəzirə bəyim erkən yaşlarından yetimçiliklə, ehtiyac, sıxıntı içində böyümüşlər. Lakin onların hər birinin övladları nəslin, ocağın adına layiq övladlar kimi böyümüşlər.
İsa MUSAYEV