19.09.2024, 04:17
AZ EN
06.04.2023, 17:35 233

“Aprel döyüşləri - Zəfərə gedən yolun başlanğıcı" adlı tədbir keçirilib

ŞƏRQİ ZƏNGƏZUR
  • Azərbaycan Hərb Tarixi Muzeyində 2016-cı ilin Aprel döyüşlərinin yeddinci ildönümünə həsr olunan “Aprel döyüşləri - Zəfərə gedən yolun başlanğıcı” adlı tədbir keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, tədbirdə Nazirliyin müxtəlif idarə və müəssisələrinin, Nərimanov Rayon İcra Hakimiyyətinin və ictimaiyyətin nümayəndələri, Aprel döyüşlərinin və Vətən müharibəsinin iştirakçıları, eləcə də digər qonaqlar iştirak ediblər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edənlər Aprel döyüşlərinin Azərbaycan dövlətinin, dövlətçiliyinin dönməzliyinin, Azərbaycan əsgərinin gücünün, qüdrətinin ifadəsi kimi tarixləşməsindən danışıblar. Bildirilib ki, bu döyüşlər Azərbaycan Ordusunun düşmənin istənilən təxribatının, hərbi əməliyyatının qarşısını almağa qadir olduğunu sübut etdi. Zəfərlərimizin başlanğıcı olan Aprel döyüşlərində qazanılan qələbəni Vətən müharibəsində qazanılan Qələbə tamamladı.

Tədbirin bədii hissəsində Aprel döyüşlərinə həsr edilən sənədli film nümayiş olunub, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistlərinin ifasında vətənpərvərlik mövzusunda musiqi nömrələri təqdim edilib.("AZERTAC")

Oxşar xəbərlər