Zəngilan və Cəbrayıla yeni köçən sakinlərə meyvə tingləri paylanılıb
ŞƏRQİ ZƏNGƏZUR
Zəngilan rayonunun Ağalı, Məmmədbəyli və Cəbrayıl rayonunun Horovlu kəndlərinə yeni köçən sakinlərə həyətyanı ərazilərdə əkilməsi üçün meyvə tingləri paylanılıb.
Bu barədə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin Xüsusi Nümayəndəliyi məlumat yayıb.
Qeyd olunub ki, aksiya çərçivəsində 8 fərqli ağac növünə aid 5 000 ədəd calaq olunmuş ting təqdim olunub. (Report)