23.02.2026, 17:53
AZ EN
23.02.2026, 15:56 124

Bəxtiyar Həsənov Laçında böyük qürurla karyerasına davam edir

ŞƏRQİ ZƏNGƏZUR
  • Böyük Qayıdış proqramı çərçivəsində məcburi köçkünlərin doğma torpaqlarına dönüşü ilə yanaşı, onların sosial rifahının və məşğulluğunun təmin olunması istiqamətində mühüm addımlar atılır. Bu məqsədlə Dövlət Məşğulluq Agentliyi Böyük Qayıdış proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərdə məskunlaşan sakinlərimizə müxtəlif dəstək xidmətləri göstərməkdə davam edir.

Agentliyə müraciət edən və işlə təmin olunan vətəndaşlarımızdan biri də Bəxtiyar Həsənovdur.

O, bu gün doğma yurdunda “Laçın” İstirahət Kompleksində əməyin mühafizəsi üzrə mühəndis vəzifəsində çalışır və böyük qürurla karyerasına davam edir.

Qeyd edək ki, bu cür tədbirlər, Böyük Qayıdış prosesinin uğurla reallaşdırılması, azad edilmiş ərazilərdə dayanıqlı məşğulluğun təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər