Ağacəkmə aksiyasında iştirak edən ADAU-nun professor-müəllim heyəti və tələbələr əvvəlcə kəndin infrastrukturu ilə tanış olublar.
Aksiya çərçivəsində çıxış edən ADAU-nun rektoru Zəfər Qurbanov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa, quruculuq və yaşıllaşdırma işləri ölkənin davamlı inkişafına mühüm töhfə verir. Bu proseslərdə elm və təhsil müəssisələrinin fəal iştirakı həm böyük qürur mənbəyi, həm də mühüm sosial məsuliyyətdir. Azərbaycan Dövlət Aqrar Universiteti olaraq həyata keçirilən bu cür ekoloji aksiyalar ətraf mühitin qorunmasına, yaşıllıq sahələrinin genişləndirilməsinə və gələcək nəsillər üçün sağlam yaşayış mühitinin formalaşdırılmasına xidmət edir. Zəfər Qurbanov bu təşəbbüslərin regionların inkişafına və ekoloji tarazlığın bərpasına mühüm töhfə verdiyini qeyd edərək, universitetin bu istiqamətdə fəaliyyətini bundan sonra da davam etdirəcəyini bildirib.
Tədbir çərçivəsində ADAU tərəfindən 1200 ədəd qızılgül, 600 ədəd lavanda və 400 ədəd rozmarin kəndin park ərazisində xüsusi ayrılan 400 kvadratmetrlik sahədə əkilib. Bundan əlavə, 100 ədəd şaftalı və 300 ədəd gilas tingləri Horovlu kənd sakinlərinə paylanılaraq onların həyətyanı sahələrində əkilməsi təşkil olunub. (AZƏRTAC)