Zəngilan Rayon Uşaq Gənclər İdman Şahmat Məktəbinin direktoru Vidadi Kərimov rayonun Ağalı kəndində keçirilən “Zəfər yürüşü” triatlon turniri ilə bağlı fikirlərini bölüşərkən belə deyib. O qeyd edib ki, “Zəfər yürüşü” triatlon turniri çərçivəsində uşaqlar arasında qaçışda Ağalı kənd məktəbinin şagirdlərinin iştirakı xüsusilə vurğulanmalıdır. Uşaqların bu yarışdan, eləcə də tədbir çərçivəsində məktəblilər üçün müxtəlif idman növləri üzrə keçirilən ustad dərslərindən böyük zövq aldıqlarını deyən Vidadi Kərimli Ağalıda bu gün əsl idman bayramı ab-havasının yaşandığını bildirib.
“Belə tədbir və yarışlar gənclərimizin idmana marağının artırılmasında, onların hərtərəfli inkişafında və vətənpərvərlik hisslərinin aşılanmasında da mühüm rol oynayır”, - deyə Vidadi Kərimov əlavə edib. (AZƏRTAC)