Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətindən verilən məlumata görə, tədbirdə rəsmi şəxslər və ictimaiyyətin tanınmış nümayəndələri iştirak ediblər.
Xüsusi nümayəndəliyin rəsmisi Albina Abduraxmanova çıxış edərək, bölgədə ilk dəfə belə bir tədbirin keçirilməsinin əhəmiyyətini vurğulayıb.
“İdeal” Sülhün Təbliği Fondunun prezidenti Sevda Əhmədova, “Ümidlə gəl” xeyriyyə layihəsinin rəhbəri Hacı Quliyev və digərləri inklüzivliyin əhəmiyyətinə dair çıxış ediblər.
Sonra fiziki məhdudiyyətli şəxslərin konsert proqramı olub. Konsert proqramında Əməkdar artist Elza Seyidcahan, ifaçı Nərmin Kərimbəyova və vokalist Rasimə Seyidcahan da çıxış ediblər.
Tədbir “Səssiz ünsiyyət” İctimai Birliyi tərəfindən işarət dili ilə tərcümə olunub.
Tanınmış rəssam Mehriban Alışovanın “Gözəllik dünyanı xilas edəcək” adlı rəsm sərgisi də nümayiş etdirilib. (AZƏRTAC)