25.04.2025, 10:01
AZ EN
18.06.2022, 12:00 212

Qarabağda infrastrukturun sürətli inkişafı heyranlıq doğurur

ŞƏRQİ ZƏNGƏZUR
  • Qarabağda infrastrukturun sürətli inkişafı heyranlıq doğurur. Bunu Birləşmiş Ərəb Əmirliklərindən olan səyahətçi Priti Sinqh bir qrup beynəlxalq səyahətçinin Qarabağa səfəri zamanı deyib.

"Qarabağa səfər çox gözəl idi, hər mərhələsi mənim xoşuma gəldi. Burada infrastrukturun inkişafı, hər şeyin tez bir zamanda işə salınması heyranlıq doğurur", - deyə o bildirib.

O əlavə edib ki, Qarabağdakı dağıntılar onu sarsıdıb.

"Bu, çox kədərlidir, amma fikrimcə, Azərbaycanın bərpa ilə bağlı bütün təşəbbüsləri vətəndaşlar üçün zəruri şəraitin yaradılmasında böyük addım olacaq", - səyahətçi deyib.

P.Sinqh əlavə edib ki, Azərbaycanın məcburi köçkünlərin doğma yurdlarına qayıtması üçün göstərdiyi səylərdən heyranlıq duyur.

"Ağıllı kənd" konsepsiyası gördüyümüz bütün dağıntılardan sonra həqiqətən də heyrətləndirir", - deyə o bildirib.

Qeyd edək ki, bir qrup beynəlxalq səyahətçi erməni işğalından azad edilmiş Zəngilanın Ağalı “ağıllı kəndi”ndə olub. 10 ölkədən 24 səyahətçi və blogerdən ibarət qrup Ağalı kəndində “ağıllı həllər”lə tanış olublar.

Oxşar xəbərlər

SON XƏBƏRLƏR