Bunu almaniyalı səyyah Tomas Praynl deyib.
“Azərbaycanın azad edilmiş torpaqlarını tez bir zamanda minalardan təmizləmək lazımdır. Bu, BMT və digər təşkilatlar üçün prioritet məsələ olmalıdır”, - o bildirib.
Səyyahın sözlərinə görə, minalar müharibə başa çatdıqdan sonra da mülki əhalinin üzləşdiyi faciəli reallıqdır.
“Mən İraqda, Əfqanıstanda, Balkanlarda olmuşam. Ancaq bu problemin miqyası ilə ilk dəfə burada, Qarabağda rastlaşdım. Minalar - əsassız şəkildə qurbanlar deməkdir. Əksər hallarda, sadəcə olaraq, onların üzərinə basan sadə insanlar əziyyət çəkir”, - o qeyd edib.
Praynl əlavə edib ki, o, piyada əleyhinə minalara qlobal qadağa ideyasını tam dəstəkləyir. (Report)