17.02.2026, 13:30
AZ EN
17.02.2026, 11:51 57

Kəlbəcər və Zəngilan məktəbləri bir arada

ŞƏRQİ ZƏNGƏZUR
  • Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin təşəbbüsü ilə işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən ümumi təhsil müəssisələri arasında həyata keçirilən “Məktəblərarası pedaqoji körpü” layihəsi davam edir.

Layihə çərçivəsində növbəti əməkdaşlıq görüşü Kəlbəcər şəhəri Bəhmən Cəfərov adına 1 nömrəli tam orta ümumtəhsil məktəb ilə Zəngilan rayonu Ağalı kənd tam orta ümumtəhsil məktəbi arasında təşkil olunub.
Görüş zamanı “Sinfin effektiv idarə olunması” mövzusunda təqdimat edilib. Təqdimatda müasir sinif idarəetmə üsulları, şagird motivasiyasının artırılması yolları, dərs prosesində nizam-intizamın qorunması və fəal öyrənmə mühitinin qurulması məsələləri ətraflı izah edilib.
Daha sonra mövzu üzrə açıq müzakirələr aparılıb, müəllimlər qarşılıqlı fikir mübadiləsi edərək öz praktik təcrübələrini bölüşüblər. 
Qeyd edək ki, layihənin əsas məqsədi məktəblər arasında davamlı pedaqoji əməkdaşlıq mühiti formalaşdırmaq və təcrübə paylaşımını sistemli şəkildə genişləndirməkdir. Qarşıda digər mövzular üzrə də birgə fəaliyyətlərin təşkili nəzərdə tutulur.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər