Hazırda tədqiqat işləri Qubadlı rayonu ərazisində aparılır. Bu işlər sentyabr ayından Laçın şəhərini və Zabux, Sus kəndlərini də əhatə edir.
Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi Nizami Ələkbərov mətbuata açıqlamasında deyib ki, ərazini GPS-lər vasitəsilə ölçmə işləri aparmaq üçün fasiləsiz fəaliyyət göstərən pasport stansiyaları istinad edilir. Naturada mövcud olan bütün daşınmaz obyektləri plana alınır. Torpaq-kadastra işləri çərçivəsində çöl-torpaq tədqiqatı və geobotanik tədqiqatlar aparılaraq torpaqların iqtisadi qiymətləndirilməsi həyata keçirilir. O,daha sonra deyib:
-Bu işlərin xeyri ondan ibarət olacaq ki, işğaldamn azad olunmuş ərazilərdə torpaqların elektron uçotu nəticəsində bütün ərazidə mövcud olan daşınmaz əmlak oblektləri, torpaqların kateqoriya üzrə bölgüləri dəqiqliyi ilə sistemə oturdulacaq və bunun əsasında hansı ərazidə, hansı məqsədli istifadə növü üçün məqsədəuyğundursa, onlar həyata keçiriləcəkdir.
Bu işlərin icrası həmin ərazilərdə torpaqların iqtisadi dövrüyəyə cəlb olunmasına imkan verəsək. Eləcə də ayrı-ayrı təsərrüfat sahələrinin inkişaf etdirilməsi üçün torpaqların kəmiyyət və keyfiyyət göstəriciləri müəyyən olunacaq.
Kadastr işləri çərcivəsində şorakətləşmə, erroziya və digər təsirlər nəticəsində münbit qatı məhv olmuş torpaqlar müəyyən edilir, onların uçotu aparılır. Gələcəkdə münbit qatı məhv olmuş torpaqlar bərpa olunaraq yenidən kənd təsərrüfatı dövriyyəsinə qaytarılması məqsədilə rekultuvasiya işlərinin aparılması dan nəzərdə tutulur.
Çöl-ölçmə və tədqiqat işlərinin çərçivəsində əldə edilən bütün məlumatlar vahid elektron bazaya daxil edilir ki, bununla da dövlət torpaqlar üzərində nəzarəti gücləndirib torpaqların səmərəli istifadəsini təşkil edəcək.
Hazırladı: Tahirə AĞAMİRZƏ