Azərbaycan Respublikası Prezidentinin Laçın üzrə xüsusi nümayəndəliyi, “Bakı Abadlıq Xidməti” MMC və Mədəniyyət Nazirliyinin birgə təşəbbüsü və təşkilatçılığı ilə keçirilən bayram tədbirində rəsmi şəxslər, Laçın sakinləri, Laçının tikinti və abadlıq işlərində çalışanlarla bərabər, qonaqlar da iştirak edir.
Novruz yarmarkasında Laçında ərsəyə gələn məhsullarla yanaşı, respublikanın tanınmış sənətkarların əl işləri də sərgilənir. Bayram tədbirində, həmçinin milli adətlərimizə uyğun müxtəlif əyləncəli proqramlar nümayiş olunacaq. (AZƏRTAC)