Agentlik bu gün Laçında növbəti əmək yarmarkası keçirib. Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə keçirilən yarmarkada 9 işəgötürən tərəfindən 213 vakansiya təqdim olunub.
Onların sırasında həkim, elektrik, xəzinədar, aşpaz, sürücü, təsərrüfat işçisi, ofisiant, qeydiyyatçı, gözətçi və s. kimi vakansiyalar yer alıb.
Tədbirə qatılan sakinlərə vakansiyalar, iş öhdəlikləri barədə məlumat verilib, vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılıb.
Yarmarkada Laçın sakinlərinə icra olunan məşğulluq tədbirləri barədə də məlumat verilib.
Günel QULİYEVA