Cəbrayıl şəhərində məskunlaşan sakinlər Yel çərşənbəsini öz doğma yurdlarında sevinc hissləri ilə qarşılayıblar. Şəhərin mərkəzində alovlandırılan tonqal kənarına toplaşan şəhər sakinləri yallı rəqsi oynayıb və uzun illərdən sonra çərşənbə sevincini bir-biri ilə paylaşıblar. İndi Cəbrayılda məskunlaşan sakinlər Bahar bayramı olan Novruzu da öz ata baba yurdlarında qarşılamaq üçün hazırlıq işləri görürlər. Qeyd edək ki, Böyük Qayıdışın əsas komponentlərindən olan dayanıqlı məskunlaşmanın təmin edilməsi çərçivəsində işğaldan azad olunmuş ərazilərə geri qayıtmış keçmiş məcburi köçkünlər, dövlət və özəl sektorlarda işləyənlər, həmçinin təhsil alanlar da daxil olmaqla, həmin ərazilərdə hazırda 40 minə yaxın insan yaşayır və fəaliyyət göstərir. (AZƏRTAC)