Laçında Böyük Qayıdışın kiçik sakinləri: Məktəbəqədər təhsilə yeni addım
ŞƏRQİ ZƏNGƏZUR
Laçın şəhəri 2 nömrəli tam orta ümumtəhsil məktəbinin direktor müavini Şəbnəm Uğurlu "2024-2025-ci tədris ilində icma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili" qrant müsabiqəsində qalib gəlib. Onun "Böyük Qayıdışın kiçik sakinləri" layihəsi işğaldan azad edilmiş Laçında 3-5 yaşlı uşaqları məktəbəqədər təhsilə cəlb etməyi hədəfləyir.
Layihənin məqsədi təhsildən kənarda qalmış uşaqlar üçün yeni imkanlar yaratmaqdan ibarətdir.