Bu sözləri sentyabrın 7-də Zəngilan rayonunun Ağalı kəndinə köçən Fazil Səlimov söyləyib.
“Yeddi nəfər ailə üzvüm ilə gəlmişəm. Uşaqlarım, nəvələrim həmişə Zəngilanı soruşurdular. İndi isə onlar bu gözəl diyarı öz gözləri ilə görürlər. Çox şükür bu günümüzə... Prezidentimiz sağ olsun ki, bizim üçün belə gözəl şərait yaradıb. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə isə cansağlığı versin”, - deyə Ağalı sakini sevincini ifadə edib.