25.04.2025, 03:00
AZ EN
08.09.2022, 07:00 388

Ağalı kəndinin sakini: Sentyabrın 7-si mənim üçün artıq ən sevincli günlərdən biridir

ŞƏRQİ ZƏNGƏZUR
  • Mən Ağalıdan çıxanda 13 yaşım var idi. Soyuqlu, boranlı günlərdə məcbur qalıb çıxmışıq. İndi, şükürlər olsun ki, yurdumuza qayıtmışıq. Artıq 42 yaşım var.

Bu sözləri sentyabrın 7-də Zəngilan rayonunun Ağalı kəndinə köçən Məhərrəm Orucov söyləyib.

O bildirib ki, bundan sonra Ağalıda yaşayacaq, övladlarını burada böyüdəcək. “Sentyabrın 7-si mənim üçün artıq ən sevincli günlərdən biridir. Öz torpağımıza, doğulduğum yerə qayıtmışıq. Sağ olsun Prezidentimiz, bizim üçün Ağalıda gözəl şərait yaradıb, sevincimizin həddi-hüdudu yoxdur. Şəxsən mən dörd otaqlı evlə təmin olunmuşam”, - deyə Məhərrəm Orucov sevincini bölüşüb. (AZƏRTAC)

Oxşar xəbərlər