29.03.2024, 03:19
AZ EN
07.09.2022, 16:45 317

Ağalı sakini: Köçkünlük həyatımıza son qoyulmasının yaşatdığı hissi sözlə ifadə etmək mümkün deyil

ŞƏRQİ ZƏNGƏZUR
  • Şanlı ordumuz Prezidentimizin rəhbərliyi ilə torpaqlarımızı düşmən tapdağından 44 gündə azad etdi. Doğma torpağımıza qayıtdığımız, burada yaşadığımız üçün çox xoşbəxtəm. Şükürlər olsun bu günümüzə!

Bu sözləri Böyük Qayıdış prosesi çərçivəsində Zəngilanın Ağalı kəndinə köçən və burada tikiş müəssisəsində işləyən Ziyafət Həsənova deyib.

“Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa, hərbiçilərimizə isə cansağlığı diləyirəm. Bizə bu sevinci onlar yaşadıblar. Biz artıq 1 ay 10 gündür ki, burada yaşayırıq, işləyirik. Həkimlər üçün lazımlı ləvazimatlar, əməliyyat üçün geyimlər, maskalar və s. tikirik. Burada olduğum üçün və belə bir işdə çalışdığım üçün qürur duyuram. Hazırda 10 nəfərik, ancaq köçümüz gəlməkdə davam edir, işçilərimizin sayı da artacaq. Köçkünlük həyatımıza son qoyulmasının yaşatdığı hissi sözlə ifadə etmək mümkün deyil”, - deyə Ağalı sakini bildirib. (AZƏRTAC)

Oxşar xəbərlər