Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, yarmarka noyabrın 7-də saat 10:30-dan 12:00-a kimi Cəbrayıl şəhərində, M.Mehdizadə adına tam orta məktəbdə keçiriləcək.
Tədbirdə işaxtaran şəxslərə 5 müəssisə tərəfindən müxtəlif istiqamətlər üzrə 125 vakansiya təqdim ediləcək.
Onlara Agentliyin icra etdiyi aktiv məşğulluq proqramları və layihələr barədə də ətraflı məlumatlar veriləcək.