21.11.2024, 17:29
AZ EN
27.09.2024, 11:09 247

İşğaldan azad olunmuş ərazilərdə məskunlaşan ailələr və uşaqlarla psixo-sosial işin təşkili layihəsi davam etdirilir

ŞƏRQİ ZƏNGƏZUR
  • Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən ailə, qadın və uşaq sahəsində problemlərin həlli, habelə hədəf qruplarının müvafiq xidmətlərlə əhatəsinin gücləndirilməsi məqsədilə keçirilən işğaldan azad olunmuş ərazilərdə məskunlaşan ailələr və uşaqlarla psixo-sosial işin təşkili layihəsi davam etdirilir.

Komitənin məlumatına görə, layihə çərçivəsində 24 sentyabr 2024-cü il tarixində Laçın şəhər 2 saylı tam orta məktəbdə Dövlət Komitəsinin əməkdaşları və müəllim-şagird-valideyn kollektivinin iştirakı ilə sosial ünsiyyət bacarıqlarının artırılması yönümündə təlimlər keçirilib.

Tədbirdə açılış nitqi ilə çıxış edən Komitənin Ailə məsələləri şöbəsinin əməkdaşı Əmirxan Səfərov iştirakçılara layihənin məqsədi barədə məlumat verərək, bu ərazilərdə əhali ilə aparılacaq psixososial işin əhəmiyyətini vurğulayıb.

Layihənin eksperti, psixologiya üzrə fəlsəfə doktoru, dosent Aynur Bünyatova tərəfindən keçirilən təlimlərdə iştirakçılar anket sorğularını cavablandırıb, müxtəlif psixoloji tapşırıqlar yerinə yetiriblər. Psixoloq uşaqlara “mən konsepsiya”dan, emosiyaların ifadə və idarə olunması yollarından bəhs edib, münasibətlərin düzgün qurulması ilə bağlı tövsiyələr verib. Valideynlərlə keçirilən təlimlərdə uşaqların yaş və inkişaf xüsusiyyətləri barədə məlumat verilib, uşaqlarla münasibətdə yaranan problemlər, yeni şəraitə uyğunlaşmada rastlaşdıqları çətinliklərlə bağlı müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb, bukletlər paylanılıb, uşaqlara məktəb çantası, dərs ləvazimatları və bədii kitablar hədiyyə olunub.

Qeyd edək ki, layihə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində həyata keçirilir.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər