21.11.2024, 17:30
AZ EN
11.07.2024, 11:54 280

Laçındakı Heyvandarlıq Seleksiya Mərkəzində saxlanılan heyvanların sayı artırılıb

ŞƏRQİ ZƏNGƏZUR
  • Laçındakı Heyvandarlıq Seleksiya Mərkəzində saxlanılan heyvanların sayı artırılaraq, ümumilikdə 150 baş heyvana çatdırılıb.

Bunu mərkəzin sahə nəzarətçisi Əli Cəmilzadə deyib.

Onun sözlərinə görə, mərkəzdə hazırda 48 keçi, 102 qoyun var:

"Keçilərdə Fransa, Rusiya, Suriya cinsləri üstünlük təşkil edir. Qoyunlarda isə Fransa, Rusiya, Cənubi Afrika cinsləri üstünlük təşkil edir. Seleksiya mərkəzi xarici növ heyvan cinslərinin bu mühitə uyğunlaşdırılması və artırılması məqsədi daşıyır. Mərkəzin ötən ilin avqustunda açılışı edilib və həmin vaxt 31 keçi, 72 qoyun gətirilmişdi. Heyvanlara gündəlik arpa, yonca və su ehtiyatı verilir, yeri təmizlənir və peyvəndlər olunur. Amma onları otlaq sahəsinə buraxa bilmərik. Çünki onların qidalanmasına, hansı otun və yemin verildiyinə diqqət edilməlidir".

O bildirib ki, artım sayı müəyyən bir həddə çatdırıldıqdan sonra heyvanların əraziyə buraxılması, fermerlərə verilməsi və s. məsələlər həyata keçiriləcək. (Report)

Oxşar xəbərlər