Bu fikirləri jurnalistlərə müsahibəsində Ağalıya köçən kənd sakini Şamil Hacıyev söyləyib.
O qeyd edib ki, sevinclərinin həddi-hüdudu yoxdur, eyni zamanda, bu gün çox qürurludurlar. Çünki uzun illərdir gözlədikləri an yetişib.
“Biz 29 ildir Zəngilandan uzaqda olsaq da, ürəyimiz daim doğma yurdumuz ilə döyünüb. İnanırdıq ki, yaxın zamanda o gün gələcək. Bu, belə də oldu. Zəngilana qayıtdığımız üçün özümüzü xoşbəxt hiss edirik”,- deyə Ş.Hacıyev bildirib.