08.09.2024, 07:36
AZ EN
24.06.2024, 12:08 239

Zəngilanda Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu başlayıb

ŞƏRQİ ZƏNGƏZUR
  • Zəngilanda Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu başlayıb.

Tədbir Zəngilan Konqres Mərkəzində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Milli QHT Forumunun birgə təşkilatçılığı ilə keçirilir.

Forumda Azərbaycanda fəaliyyət göstərən 200-ə yaxın qeyri-hökumət təşkilatının nümayəndəsi, media təmsilçiləri, ictimai xadimlər iştirak edirlər.

Tədbirdə "Azərbaycan QHT-ləri: nəticələr və hədəflər", "Ermənistanın dağ-mədən sənayesinin ekoloji fəsadları", "COP29 və Yaşıl Dünya Naminə Həmrəylik Hərəkatı" mövzularında panel müzakirələr keçiriləcək.

Forum iki gün davam edəcək. (Report)

Oxşar xəbərlər