21.11.2024, 20:44
AZ EN
26.07.2022, 07:30 398

Ağalı sakini: İllərdir həsrətində olduğum yurdumun havasını uddum, suyundan içdim

ŞƏRQİ ZƏNGƏZUR
  • Yolboyu ermənilər tərəfindən dağıdılmış kəndləri gördükcə kədərlənir, digər tərəfdən isə Ağalıya qayıtdığımız üçün sevinc hissi keçirirdim.

Bunu iyulun 25-də Ağalıya köçən kənd sakini Yeganə Əhmədova söyləyib.

Ağalı sakini 29 il köçkünlük həyatının çətin keçdiyini, doğma yurdlarını bir an belə unutmadıqlarını bildirib: “Kəndə çatanda illərdir həsrətində olduğum yurdumun havasını uddum, suyundan içdim. Sevincimizin həddi-hüdudu yoxdur. Kəndimizə 5 nəfər ailə üzvümlə qayıtmışıq. Artıq dördotaqlı yaraşıqlı evimiz var. Prezidentimizin, şanlı ordumuzun, şəhidlərimizin, qazilərimizin sayəsində doğma yurdumuza qovuşduq. Allah bütün məcburi köçkünlərə bizim kimi yurdlarına, kəndlərinə qayıtmağı nəsib eləsin”.

Oxşar xəbərlər