22.11.2024, 00:38
AZ EN
08.05.2024, 12:37 377

Laçında dulusçuluq və xüsusi keramika nümunələri hazırlanır

ŞƏRQİ ZƏNGƏZUR
  • Gil qablar, fiqurlar və suvenerlər. Bunlar Laçın şəhərində açılan Yaradıcılıq mərkəzində hazırlanır. Laçın qədimdən sənətkarları ilə tanınıb. Məhz bu amil nəzərə alınaraq,  şəhər bərpa olunan zaman belə bir unikal mərkəz də yaradılıb.

Bu gün Laçın dulusçuluq sahəsində də öz inkişaf dövrünü yaşayır. Gördüyünüz bu qabların hamısı elə bu istehsal müəssisəsində hazırlanır. Qabların üzərində yalnız Laçına aid ornament, bəzək və mənzərələr yer alır. İstehsalçılar Laçına aid milli mənəvi dəyərlərimizi qorumaqla yanaşı, yeni “Made in Laçın” brendi də formalaşdırırlar.

Bu mərkəz həm də Laçın sakinləri üçün yeni və daimi iş yerləri deməkdir. Hələlik  burda 7 nəfər çalışır. Amma yeni təkliflərin gəlməsiylə işçilərin sayı da artacaq. Sənətkarlar burda öz yaradıcılıq imkanlarını reallaşdıra biləcəklər.

Mərkəzin işçisi, Könül Bayandurova:

-Təbii ki, bizim sənətimiz duluzçuluqdur. Qədim zamanlardan bugünümüzə qədər gəliv çıxmışdır. Burda da bizim gənc rəssamımz Fatimə xanımın eskizləridir. O, eskizləri çizir, rəngləyir, burda şirələnir, bişir qablar. Məsələn, burda qoç fiqurları var ki, bunlar hamısı Laçının milli ornamentləridir. Qədim zamanlardan bugünə qədər gəlib çıxan at heykəlləri,  qoç fiqurlarıdır, hamısı burda istehsal olunur.

Mərkəzdə istehsal olunan qablar və suvenerlər satışa çıxarılır. Bundan əlavə,  sənətkarların əl işləri Laçın şəhərinin bəzədilməsində də istifadə edilir. Bu sənət nümunələri şəhərə gözəllik verir.

Mərkəzin işçisi, İlkin Bayandurov:

-Laçında ən böyük bir yenilikdir ki, duluzçuluq sənəti qədim Qarabağ sənəti olaraq burda davam etdirilir. Bu müəssisə açılıb. Biz laçınlılar burda işlə təmin olunmuşuq. Burda məqsəd həm duluzçuluğu tanıtdırmaq, sevdirmək və gənclərimizi bu işə cəlb eləməkdir.

Yaradıcılıq mərkəzində duluzçuluq və keramika nümunələrinin hazırlanmasında istifadə olunan gil xarici ölkələrdən gətirilir. Amma mütəxəssislər Laçın ərazisində olan təbii gil yataqlarında araşdırmalara başlayıblar. Yaxın zamanlarda yerli gildən istifadə olunacaq. Bu, həm də yeni bir sahənin inkişafı deməkdir.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər