Peşə yarmarkası Laçın şəhərinin Həkəri çayı sahilində açıq havada təşkil olunub.
Yarmarkada Laçın şəhəri və Laçının Zabux kəndi əhalisinə rayonda fəaliyyət göstərən 15-ə yaxın işəgötürən tərəfindən 40-dan çox peşə istiqaməti təqdim olunur, həmçinin ustad dərsləri keçirilir.
Tədbirdə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin nümayəndəsi Hüseyn Quliyev, Agentliyin İdarə Heyəti sədrinin müavini Ülvi Abasquliyev, işəgötürənlər və tədris müəssisələrinin nümayəndələri iştirak edirlər.