25.04.2025, 22:46
AZ EN
13.01.2023, 07:00 449

Prezidentin xüsusi nümayəndəsi Cəbrayıl sakinləri ilə görüşüb

ŞƏRQİ ZƏNGƏZUR
  • Cəbrayıl rayon icra Hakimiyyətində Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev ilə görüş keçirilib. Görüşdə Cəbrayılın icra başçısı Kamal Həsənov, Şərqi Zəngəzur iqtisadi rayonunda 1 saylı bərpa, tikinti və idarəetmə xidməti Publik Hüquqi Şəxsin icraçı direktoru Növrəst Cəfərov, Xüsusi Nümayəndəliyin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, ağsaqqallar və ziyalılar iştirak ediblər.

Görüş zamanı K.Həsənov, Prezidentin xüsusi nümayəndəsi V.Hacıyev çıxış edərək 44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun qazandığı qələbədən söhbət açıblar. Çıxış edənlər iğaldan azad edilmiş torpaqlarımızda başlanmış böyük quruculuq, bərpa işlərindən danışaraq Prezident İlham Əliyevin tapşırığı əsasında rayonda  iqtisadiyyatın yenidən qurulması, sakinlərin məskunlaşdıqdan sonra sosial vəziyyətinin, həyat səviyyəsinin yaxşılaşdırılması üçün müvafiq dövlət proqramlarının işlənib hazırlandığını qeyd ediblər.

Sonda rayon sakinlərinin fikirləri və təklifləri dinlənilərək geniş müzakirə edilib.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər

SON XƏBƏRLƏR