21.11.2024, 21:31
AZ EN
21.07.2022, 14:27 191

Ağalı məktəbinin direktoru: "Təhsilin yüksək səviyyədə olmasına daha çox diqqət yetirəcəyik"

ŞƏRQİ ZƏNGƏZUR
  • "Ağalı kəndində təhsilin yüksək səviyyədə olmasına daha çox diqqət yetirəcəyik. Bunun üçün hər cür şərait yaradılıb".

Bu fikirləri Zəngilana qayıdan rayonun Ağalı kənd tam orta məktəbinin direktoru Nərmin Həsənova deyib.

O qeyd edib ki, sakinlər Ağalı kəndinə 30 ildən sonra qayıtmağın sevincini yaşayır:

"Bu, doğrudan da çox gözəl hisslərdir. Açığı deyim ki, sevinc qarışıq bir həyəcan da var. Biz iyulun 19-da ilk köçən sakinlərdənik. Həm bu kənddə ilk qayıdan sakin kimi, həm də bir təhsil ocağının rəhbəri kimi, üzərimizdə çox böyük məsuliyyət hiss edirik. Məktəbimiz 360 şagird yerlikdir. Biz burada bundan sonra daha ciddi işləməli, şagirdlərimizə bu doğma torpaqlarımızın tarixi haqqında daha çox təbliğ etməliyik. Bu kənddə yaşayan hər bir kəs yaşından asılı olmayaraq həyatlarının necə qurulması və davam etməsini daha dərindən bilməlidir ki, bir daha başımıza bu cür faciələr gəlməsin. Buraya dönmüş ilk sakinlər kimi, həm təhsilin inkişafında, həm milli adət-ənənələrin qorunmasında və təbliğində üzərimizə çox böyük yük və məsuliyyət düşür. Əlbəttə ki, hər bir Azərbaycan vətəndaşı normalda belə də düşünməlidir. Çünki bu yerlərin düşmən işğalında olduğu zaman törədilən vandallıq aktları, işğaldan azad edilən zaman isə bu yerlərdə qanı-canı bahasına mübarizə aparan Vətən övladlarının zəhmətini unutmamaq lazımdır. Bu gün biz yenidən doğma dilimizə qayıtdığımız üçün şəhidlərimizin ruhu qarşısında baş əyir, ayağı bu torpaqdan keçib düşmən üzərinə mərdliklə gedən igidlərimizə sağlamlıq və can sağlığı, bu sevincimizin memarı olan Ali Baş Komandana minnətdarlığımızı ifadə edirəm". (Report)

Oxşar xəbərlər