28.04.2025, 14:59
AZ EN
21.06.2024, 13:17 329

Vahid Hacıyev: Bu gün Şərqi Zəngəzur və Qarabağda davamlı tikinti təşəbbüsləri var

ŞƏRQİ ZƏNGƏZUR
  • Əminəm ki, forumun əvvəlki sessiyaları zamanı iqlim dəyişikliyinin müxtəlif aspektləri və davamlı gələcək üçün bu qlobal problemin həlli yolları ilə bağlı dərin müzakirələr aparılıb. Bu qlobal problemin həllində Azərbaycanın təcrübəsinə nəzər salaraq, bu gün Qarabağ və Şərqi Zəngəzurun dayanıqlı inkişafı istiqamətində davam edən səyləri müzakirə etmək üçün toplaşdığımız tarixi bir məqamdır. Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə doğru irəliləməsindəki nailiyyətlərini də vurğulamaq vacibdir.

Bu sözləri “COP29-a Aparan Yol: Dayanıqlı və Davamlı Gələcək” mövzusunda Yüksək Səviyyəli 29-cu Toplantının Zəngilanda keçirilən “Azərbaycanın öz təcrübəsindən dərslər” mövzusunda panel iclasında Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev söyləyib.

O bildirib: “Bu gün biz sürətli dəyişikliklər dövründə yaşayırıq. Bütün dünyada texnologiyanın inkişafı həyat standartlarını yaxşılaşdırsa da, bəşəriyyət iqlim dəyişikliyi, sosial bərabərsizlik, ekoloji ədalətsizlik və başqaları kimi ciddi qlobal problemlərlə üzləşir. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə bu çağırışların həllinə və davamlı inkişafa yönəlmiş təşəbbüslərin həyata keçirilməsinə sadiq qalır. Ərazilərimizin işğaldan azad edilməsindən sonra Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsinə yönəlmiş 2030-cu ilə qədər Sosial-İqtisadi İnkişafın Milli Prioritetləri və “Böyük Qayıdış Dövlət Proqramı” da daxil olmaqla hərtərəfli strategiyalar müəyyən edib. Bu gün Şərqi Zəngəzur və Qarabağda davamlı tikinti təşəbbüsləri var, layihələr bu regionun müxtəlif ərazilərinə yayılıb".  (AZƏRTAC)

Oxşar xəbərlər