08.09.2024, 07:38
AZ EN
05.04.2024, 14:09 244

Ağalıda keçirilən ilk əmək yarmarkasında 253 vakansiya təqdim olunub

ŞƏRQİ ZƏNGƏZUR
  • Zəngilan rayonunun Ağalı kəndində ilk dəfə əmək yarmarkası təşkil olunub.

Yarmarka Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə gerçəkləşib. Aktiv məşğulluq tədbirində dövlət və özəl sektordan olan 26 işəgötürən iştirak edib və müxtəlif istiqamətlər üzrə 253 vakansiya təqdim olunub.

Agentliyin İdarə Heyəti sədrinin müavini Cəmaləddin Quliyev və xüsusi nümayəndəliyin əməkdaşı Aqil Qurbanov işəgötürənlərin təqdim etdiyi vakansiyalarla maraqlanıblar. Bildirilib ki, Böyük Qayıdış proqramı çərçivəsində diqqətdə saxlanılan əsas məsələlərdən biri də işəgötürənlərin kadrlara olan ehtiyaclarının ödənilməsidir. Yarmarkaya qatılan sakinlərə vakansiyalar, iş öhdəlikləri haqqında məlumat verilib, müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlərin qeydiyyatı aparılıb.

Həmçinin iştirakçılara Agentlik tərəfindən azad olunan ərazilərdə icra edilən aktiv məşğulluq tədbirləri ilə bağlı məlumat verilib. (AZƏRTAC)

Oxşar xəbərlər