Bu sözləri Laçın sakini Azad Nəsibov söyləyib.
O, 1965-ci ildə Laçın şəhərində doğulub boya-başa çatıb, 27 yaşında isə ermənilərin işğalçılıq siyasəti nəticəsində doğma elindən didərgin düşüb, on illər boyu Vətən həsrəti ilə yaşayıb. Azad Nəsibovun bu nisgili nəhayət ötən il bitib, indi yenidən qurulan Laçın şəhərində ailəsi ilə birlikdə firavan yaşayır.
"58 yaşımda yenidən Laçına qayıdanda özümü xoşbəxt hiss etdim, bu torpaqlar bizin üçün həm doğma, həm də müqəddəsdir. Çünki şəhidlərimizin qanı bahasına azad edilib, ərazi bötövlüyümüz bərpa olunub. Biz laçınlılar ilk dəfə doğma elimizdə keçiriləcək seçkilərdə öz namizədimizə səs verə biləcəyik”, - deyə o bildirib. (AZƏRTAC)