Təqdimatdan sonra məktəblilər və gənclər arasında maarifləndirici və əyləncəli “Gaming Festival” təşkil olundu. Gənc nəslin maarifləndirilməsi, yeni texnoloji məhsullarla tanışlığı, asudə vaxtlarını daha faydalı necə keçirə biləcəkləri barədə maraqlı diskussiyalar aparıldı. Laçınlı gənclər və məktəblilər üçün əsl bayram ab-havasında keçən və Qarabağda ilk dəfə təşkil olunan bu tədbirə maraq böyük idi.
Şirkətin marketing meneceri Gülnar İsmayılova müsahibəsində deyib: “Aztech” şirkəti olaraq işğaldan azad olunmuş torpaqlarımızda belə bir tədbiri keçirmək bizim üçün böyük qürurdur! Tövsiyə edirik ki, bundan sonra digər texnoloji şirkətlər də önəmli təqdimatlarını və tədbirlərini məhz doğma Qarabağımızda keçirsinlər. Əminik ki, bu torpaqlarda həyat tez bir zamanda əvvəlki məcrasına qayıdacaq.”
“Aztech” 1998-ci ildən fəaliyyət göstərir və bu gün ölkədə aparıcı kompüter idxalçılarından biri olaraq, ASUS, LENOVO və MSİ brendlərinin topdan, korporativ və pərakəndə satışını həyata keçirir. (AZƏRTAC)