Bu barədə FHN-dən məlumat verilib.
Bildirilib ki, tədbirlərdə yanğınların başvermə səbəbləri və qarşısının alınması yolları, yanğın zamanı zəruri davranış qaydaları barədə məlumat verilib və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib, mövzu ilə bağlı geniş müzakirələr aparılıb, zəruri tövsiyələr verilib, suallar cavablandırılıb.
Həmçinin, Bərdə Rayon İcra Hakimiyyəti başçısının Mollalı, Şirvanlı, Kolayır və Mehdixanlı kəndləri ərazi inzibati vahidi üzrə nümayəndələrinin, bələdiyyə sədrlərinin və kənd əhalisinin iştirakı ilə keçirilən tədbirlərdə həyətyanı sahələrdə ot tayalarının yığılması zamanı yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasının, biçilmiş taxıl sahələrinin yandırılmamasının vacibliyi vurğulanıb, meşələrdə yanğından mühafizə məqsədilə şumlama işləri görülüb. (Report)