09.02.2023, 12:52
AZ EN
20.07.2022, 14:20 264

30 ildən sonra Kəlbəcərdə

ŞƏRQİ ZƏNGƏZUR
  • Kəlbəcərə yola düşəndə çəkəcəyimiz mövzular arasında arıçılıq ön planda gəlirdi. Bəlkə də elə buna görə idi ki, rayona daxil olduğumuz andan arı təsərrüfatlarının yerləşdiyi ərazilər gözümüzə dəyirdi. Amma qərar vermişdik, yolumuzun üstündə yerləşən təsərrüfatda qonaq olub, bir reportaj hazırlayacağdıq. Çünki yollar təhlükəli, biz isə nabələd idik. Və nəhayət istəyimizə uyğun bir təsərrüfatla qarşılaşırıq.

Kəlbəcərin Comərd kəndindəyik. İlk gördüyümüz arıçı təsərrüfatı ilə tanış olmaq üçün gəldik. Biz də indi öyrənəcəyik kimin təsərrüfatında olduğunu.

- Salam xoş gördük. Tanıyaq sizi

- Əhmədov Şəmistan Hümbət oğlu. Kəlbəcər rayon Comərd kənd sakini.

- Öz kəndinizə böyük təsərrüfatla gəlmisiniz, Maşallah olsun.

- Təsərrüfatla tanış ola bilərik?

- Bəli baş arıçımızda arının içindədir”.

Kəlbəcər sakini Mahir Cabbarov deyir ki, öz yurdumuzda, öz evimizdəyik: “O, mənim ata evimdir, o, mənim əmim evidir, o, əmim oğlunun evidir. Bu sezon hələ ki, hava yaxşı deyil. Hava açsa çox yaxşı göstərici var. Bu dəqiqə şan deyirik, bu şanları çatdıra bilmirəm verməyə. Arı çox gözəl işləyir. Çox yüksək nəaliyyət gözləyirik”.

Mahir Cabbarov deyir ki, arıların bal yığdığı bitki, pətəyin 3 kilometr dairəsindədirsə onda yaxşı məhsul toplaya bilirlər. 1 kq bal toplamaq üçün isə arılar 360-450 min kilometr uçuş edirlər.

- “Bu kəndə 30 ildən sonra bu gün arı ilə qayıtmısınız, kənddən çıxanda bu kəndin məşğuliyyəti nə idi?

- Onda da arıçılıq idi, maldarlıq idi. Köçkün düşəndən sonra Yevlaxda, Bərdədə, Tərtərdə bu işlə məşğul olurduq. Mən özüm müəllim işləyirəm, məzuniyyətə çıxıb təsərrüfatımı götürüb gəlmişəm bura. Allah Prezidentimizin canın sağ eləsin, qazilərə şəfa versin, şəhidlərimizə rəhmət eləsin”.

Bu kəndin sakinlərindən 4 ailənin başçıları gəlib. Öz dədə-baba yurdlarında, öz həyətlərində yerləşiblər. Çadır evlər qurublar. Demək olar ki, gözəldir, şəraitləri var. Şərait yaradıblar özlərinə. Bəli vaxtilə daş evlərdən, əl toxumalı xalçalı, bərli-bəzəkli evlərindən çıxıblar. Bu gün çadır evlərdə qalsalar da, onlar bundan çox razıdırlar. Çünki, öz ellərinə, obalarına, öz təsərrüfatlarını gətiriblər.

Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə yaylaqlara gedən təsərrüfat sahibləri bu il çox yüksək nəticə gözləyir. Alıcılar isə Kəlbəcər dağlarından yığılan məhsulun bazara çıxacağı günü səbirsizliklə gözləyirlər. Belə, biz də 30 ildən sonra öz Vətəninə qayıdan təsərrüfat sahiblərinə bol məhsul arzulayıb onlardan ayrılırıq. Çünki hələ qarşıda bizi digər çəkilişlər gözləyir. (APA)

Oxşar xəbərlər