Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin nümayəndələri Laçına köçürülən ailələrdən daha 100-dək ailə ilə görüşüblər. Həmin ailələrin üzvlərinin məşğulluq imkanlarının müəyyənləşdirilməsi istiqamətində ilkin söhbətlər aparılıb.
Aktiv məşğulluq proqramları (özünüməşğulluq proqramı, peşə hazırlığı kursları, işədüzəltmə tədbirləri və s.) barədə onlara məlumatlar verilərək, bu proqramlar çərçivəsində onların məşğulluğuna dəstək işlərinə başlanıb.
Ümumilikdə Agentliyin nümayəndələri Laçına köçürülmüş ailələrdən artıq 150-dək ailə ilə görüşərək məşğulluq imkanlarının qiymətləndirməsini aparıb və nəticəsinə uyğun məşğulluq tədbirləri həyata keçirilir.